Ötmə zamanı yol qəzalarına qarşı mükəmməl VASİTƏ - VİDEO

«Samsung» şirkəti böyük yük maşınlarını təhlükəsiz ötmə əməliyyatı üçün çarə tapıb. Avtosfer.az-ın məlumatına görə, sürücülər yaxşı bilir ki, bəzən böyük yük maşınlarını ötməyə çalışarkən irəlidə heç nə görmək olmur. Belə vəziyyətdə ötmə çox riskli və təhlükəli olur. «Samsung» şirkətinin Argentinadakı nümayəndəliyi bunun çarəsini tapıb. Şirkət müasir texnologiyalardan istifadə etməklə sürücülər üçün unikal vasitə hazırlayıb. Mühəndislər iri yük maşınlarının arxasına (bortuna) və furqon qoşqulara LED monitor yerləşdirib. Avtomobilin ön hissəsinə isə günün işıqlı və qaranlıq vaxtında gündüz rejimi ilə çəkən kamera qoyublar. Kamera yoldakı vəziyyəti arxa monitorda göstərir. Beləliklə, yük maşınının arxasında olan avtomobilin sürücüsü irəlini aydın şəkildə görür və ötmə əməliyyatı edib-etməyəcəyinə asanlıqla qərar verir.
LED ekran iki hissədən ibarətdir, qapıların açılmasına mane olmur. Suya, toza, yüngül zədələrə qarşı davamlıdır. Layihə hazırda yalnız konsepsiya formasında tətbiq edilib, sınaqlardan keçirilib. Lakin çox baha başa gəldiyi üçün tətbiq edilməyib.
«Samsung» şirkəti hesab edir ki, bunu daha ucuz ərsəyə gətirmək olar. Hazırda layihə üzərində mütəxəssislər işləyir.
Fuad
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR













