Parkomatlar plastik kartları da qəbul edəcək

Bakı şəhəri ərazisində quraşdırılan parkomatlar artıq gələn ilin əvvəlindən plastik kartlarla da ödəniş qəbul edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə "report"a Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.
Məlumata görə, bununla əlaqədar mövcud parkomatlar dəyişdirilməyəcək, hazırda xidmət göstərən avadanlıqlar son nəsil texnologiyaya mənsubdurlar.
Bundan başqa, sürücülərə SMS vasitəsilə də parklama ödənişinin həyata keçirilməsi təklif olunacaq, habelə telefona avtomobillər üçün harada boş yerlərin olmasına dair məlumat veriləcək.
"Gələn ilin əvvəlindən plastik kartla ödəniş etmək mümkün olacaq. Bunun üçün SMS-lə bütün mobil operator abunəçilərinə məlumat gələcək. Məsələn, siz avtomobilinizi 1 saatlıq park edib və bu müddət üçün ödəniş etmisiniz. Lakin işiniz uzanmalı olur və bu zaman telefona SMS-lə parklama vaxtınızın bitməsinə dair məlumat gəlir. SMS-lə, həmçinin müvafiq link gələcək. Ödəniş etməyə razısınızsa, linkə daxil olub, plastik kartın nömrəsini daxil və adi qaydada ödəniş edəcəksiz", - deyə BŞİH-dən bildirilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












