Paytaxt dayanacaqlarında Wi-Fi!

Huawei və Bakcell şirkətlərinin birgə kampaniyası olan “Huawei & Bakcell LTE Campaign” çərçivəsində, paytaxtın bir çox avtobus dayanacaqlarında Wi-Fi modemləri quraşdırılıb. Bakılılar və şəhərin qonaqları artıq aksiyadan yararlanaraq, bu ictimai nəqliyyat dayanacaqlarında öz elektron poçtlarını yoxlaya və ya sosial şəbəkələrə daxil ola biləcəklər. Artıq avtobus gözləyərkən keçirdiyiniz darıxdırıcı vaxtı daha səmərəli istifadə edəcəksiniz və zamanın necə keçdiyinin fərqinə varmayacaqsınız.
Aşağıdakı dayanacaqlarda pulsuz internetdən həzz alın!
Azərbaycan prospekti (Şahmat məktəbi)
Təbriz küçəsi (Təfəkkür universiteti)
Haqverdiyev küçəsi (İncəsənət universiteti)
Azadlıq prospekti (Baku Elektronics)
Səməd Vurğun küçəsi (Təzə bazar)
Şərifzadə küçəsi (İnşaatçılar metrosu)
Atatürk prospekti (Gənclik metrosu)
Parlament prospekti (Milli Məclis)
Z.Əhmədbəyov küçəsi (Nizami metrosu)
Məmməd Araz küçəsi (Atatürk pr.)
Əlavə olaraq qeyd edək ki, kampaniya çərçivəsində daha bir aksiya keçirilir. Huawei G620S, Mate7 və ya G7 telefonlarından birini alan hər kəs, telefonun qiymətinin iki mislini il ərzində, Bakcelldən balans kimi əldə edəcək, hansı ki, yalnız danışıq dəqiqələri kimi yox, həm də SMS və internet üçün də istifadə oluna bilər.
oxu.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















