Pensiyalar nə vaxtdan artımla veriləcək? - RƏSMİ

“Bu il bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində təqaüdçülərin pensiyaları indeksləşdiriləcək. Bu proses hər il olur. Fevral ayının ödənişi aparılan zaman vətəndaşlar pensiyanı yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.
Şöbə müdiri əlavə edib ki, indeksləşdirmə yanvarın 1-dən hesablanacaq:
“Buna görə də artım da yanvarın 1-dən hesablanacaq. Yanvar artımları fevralın pensiyası ilə birlikdə təqaüdçülərin bank hesablarına köçürüləcək”.
B.Hüseynov qeyd edib ki, hər il pensiyaların sığorta hissəsi ötən ildəki orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq indeksləşdirilir:
“Ötən ildə 2019-cu ilin yekununa əsasən, indeksləşdirmə 16,6 faiz olub. Cari ildə də indeksasiya olunacaq. Yaxın günlərdə bu barədə ictimaiyyətə açıqlama veriləcək”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












