“Periscope” servisi bağlanıb

"Twitter" mikrobloqlar servisi aprelin 1-də şirkətə məxsus "Periscope" videotranslyasiyalar proqramının fəaliyyətini dayandırıb. "Periscope" komandası istifadəçilərlə "Twitter" hesabı vasitəsilə sağollaşıb.
"Twitter" şirkəti "Periscope" xidmətinin bağlanılması ilə bağlı qərarı mikrobloqlar servisində translyasiyaların yaradılması üçün alətləri daha da inkişaf etdirmək istəyi ilə izah edib. Şirkət servisin bağlanılmasını mobil qurğularda birgə videobaxışı üçün "Squad" proqramını satın aldıqdan sonra açıqlayıb. Bu proqramın fəaliyyəti dayandırılıb, onun mütəxəssisləri isə "Twitter" komandasına qoşulub. "Periscope" nümayəndələri qeyd edib ki, son 2 ildə servisin populyarlığı azalıb, servisin dəstəyi üçün xərclər isə artıb.
"Periscope" proqramı artıq "Google Play" və "App Store" mağazalarında ləğv edilib. Aprelin 1-dən etibarən onun istifadəçi qurğularında ləğv ediləcəyi gözlənilir. Ümumi translyasiyalara istifadəçi kontenti arxivinə çevrilən "Periscope"un veb-versiyasında baxmaq mümkündür.
Xatırladaq ki, "Periscope" mobil əlavəsi real vaxtda videonun translyasiyası üçün nəzərdə tutulub. 26 mart 2015-ci ildə istifadəyə verilən servisin fəaliyyətinin ilk ilində "Periscope" komandası bildirib ki, istifadəçilər 200 milyondan çox birbaşa translyasiyalar ediblər.
Hazırda servisin başlıca imkanları əsas "Twitter" əlavəsində mövcuddur. Real vaxt rejimində translyasiyaları "Twitter Live" vasitəsilə etmək mümkündür. Brendlər isə canlı efirə "Media Studio" servisi vasitəsilə çıxa bilərlər./"ICTnews"
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












