Pirallahını sahillə birləşdirən körpünün tikintisi başa çatır - FOTO+VİDEO

Bakı şəhərinin Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirəcək yeni avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir. Layihə çərçivəsində yol ötürücüsünün dayaqları və istinad divarlarının tikintisi artıq başa çatıb. Hazırda körpüdə aşırım qurğusunun tikintisi tamamlanmaq üzrədir. Körpüdə beton işlərinin isə bu ayın sonuna kimi yekunlaşdırılması planlaşdırılır. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən yol ötürücüsünün uzunluğu 710 metr, körpü hissəsinin uzunluğu isə 422 metrdir. Yanaşma yolları ilə birlikdə layihənin ümumi uzunluğu 1 300 metrdir. Körpünün dəniz suyu səviyyəsində hündürlüyü (orta aşırımda) 14 metr, hərəkət hissəsinin eni 12 metr olmaqla, ümumi eni 14 metrdir.
Yeni yol ötürücüsündə inşaat işlərinin xeyli hissəsi, daha dəqiqi 85%-i yerinə yetirilib. Bu ilin sonu-gələn ilin əvvəlində isə avtomobil körpüsünün istismara verilməsi planlaşdırılır. Körpü istismara verildikdən sonra, onun altından gəmilərin sərbəst hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər artıq başa çatdırılıb.
Dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistralboyu sahilbərkitmə işləri də aparılaraq, yekunlaşdırılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












