Prezident Bakıda bəzi yolların vəziyyəti ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonundakı Ramiz Quliyev, Rahib Məmmədov, Xudu Məmmədov, Aşıq Ələsgər küçələrinin və Gəncə prospektinin yenidən qurulması və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Avtosfer.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov buradakı küçələrin və Gəncə prospektinin əsaslı təmiri və yenidənqurma planı əsasında görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Qeyd edilib ki, Xətai rayonundakı 5,5 kilometr uzunluğu olan yolda əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə aparılıb, ümumilikdə 131 min kvadratmetrdən çox əraziyə asfalt örtüyü döşənib. Yolların kənarında abadlıq işləri görülüb, 18 min metrdən çox qranit səki daşları və yol boyu kommunikasiya lüklərinin qapaqları dəyişdirilib. İki min kvadratmetrə yaxın səki yenidən qurulub, yeni asfalt örtüyü salınıb. Yol zolaqlarına 2 min 743 kvadratmetr tamet tavlar döşənib. Əsaslı təmir olunmuş və yenidən qurulmuş yollar müasir standartlara uyğun işıqlandırma sistemi ilə təchiz edilib, 193 yeni işıq dirəyi quraşdırılıb. Bütün kommunikasiya xətləri yerin altı ilə çəkilib, ətraf ərazilərdə yaşıllıq zolaqları salınıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












