Qafqazda yaradılan yeni nəqliyyat dəhlizləri regiona nə vəd edir?

“Naxçıvan MR ilə Azərbaycanın qalan hissəsi arasında quru yolunun açılması – bunun hesabına yaradılacaq yeni nəqliyyat dəhlizi Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmini artıracaq, regionun iqtisadi xəritəsinə birmənalı təsir göstərəcək”.
Bunu Report-a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, yeni dəhliz Azərbaycanın regional mövqeyini daha da gücləndirəcək: “Azərbaycanın istehsal etdiyi məhsulların həm Naxçıvana, həm də Türkiyə bazarlarına daha asan və az xərclə çıxarılmasına imkan yaranacaq. Bu isə nəticə etibarilə sahibkarların ixrac imkanlarını genişləndirəcək. Bundan başqa, dəhliz Naxçıvanda fəaliyyət göstərən sahibkarlara Azərbaycanın Qərb bölgəsi vasitəsilə daha geniş bazarlara məhsul ixrac etmək imkanı verəcək. Bu da təbii ki, muxtar respublikanın iqtisadi inkişafı baxımından çox vacibdir.
Eləcə də, bu dəhliz Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcminin, dolayısı ilə ölkəmizin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artmasına imkan verəcək. Çünki quru nəqliyyatı həm də Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya ediləcək. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında aktiv şəkildə iştirak edib. Ölkəmizin coğrafi mövqeyi və nəqliyyat infrastrukturu beynəlxalq yükdaşımaların həcmini, o cümlədən qeyri-neft məhsullarının nəqlini artırmağa imkan verir”.
“Hazırda Azərbaycanla Türkiyə arasında illik ticarət dövriyyəsinin dəyəri 4,5 milyard ABŞ dollarıdır. Son iki ildə bu rəqəm 70%-ə yaxın artıb. Yeni dəhlizlər ticarət dövriyyəsini daha da artıracaq, Azərbaycan sahibkarları üçün daha geniş bazarlara çıxış imkanları yaradacaq, xüsusilə işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsindən sonra, həmin ərazilərdə yetişdiriləcək məhsulların da ixrac imkanlarının yaranmasına gətirib çıxaracaq”, - deyə o, əlavə edib.
V.Bayramov yeni nəqliyyat dəhlizlərinin Ermənistanın faydalanması imkanları barədə də danışıb: “Ermənistan işğalçı siyasətinə son qoyarsa, qonşu ölkələrin ərazi bütövlüyünü tanıyarsa, bu ölkənin elan edildiyi kimi regional platformalarda iştirakı müzakirə edilə bilər, ermənilər yeni nəqliyyat dəhlizlərindən faydalana bilərlər. Bunun üçün isə ən vacib məqam məhz qonşuların ərazi bütövlüyünü tanımaq və sülh şəraitində yaşamaqdır. Ermənistanın işğalçı siyasəti Ermənistan iqtisadiyyatına mənfi təsir göstərir. Xüsusilə nəzərə alsaq ki bu gün Ermənistanda işsizlik səviyyəsi 20%dən çox, yoxsulluq səviyyəsi 30%-ə yaxındır, digər makroiqtisadi göstəricilərdə, o cümlədən ÜDM-də 2020-ci ildə azalmalar müşahidə edildi. Ermənistanın xarici borcu 8 milyard dollardan çox olduğu halda, ölkənin 2,5 mlilyard dollara valyura ehtiyatları var. İqtisadi göstəriciləri yaxşılaşdırmaq üçün regional əməkdaşlıq çox vacibdir".
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO












