Qalmaqallı məktəb direktorunun yerinə yeni təyinat - FOTO

Bir neçə ay əvvəl direktoru işdən çıxarılan Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbə yeni rəhbər təyin olunub.
Avtosfer.az xəbər verir ki, bu vəzifəyə Tutu Hüseynova gətirilib.
O bu təyinatadək Gəncə şəhər 32 nömrəli tam orta məktəbin direktoru olub.
Qeyd edək ki, 1 nömrəli tam orta məktəbin keçmiş direktoru Gülbəniz Bayramova bu ilin mart ayında işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdi. Onunla bağlı yayılan səs yazısında məktəbdə fond pulu, təmizlik pulu, summativ pulu, xadimə pulu və sair adlar altında pul yığıldığı iddia edilirdi.
G.Bayramova ötən il sözügedən məktəbə direktor təyin olunmuşdu. Ona bir müddət öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq verilmişdi.(qafqazinfo)
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












