Rus təyyarələri Azərbaycan səmasında uçacaq

Rusiyanın hava nəqliyyatı agentliyi "Rosaviasiya" Rusiya ilə Azərbaycan arasındakı aviareyslərin sayını artırmaq niyyətindədir. İki ölkə arasında uçuş marşrutlarına daha 14 reys əlavə ediləcək. Uçuşları Rusiyanın 4 aviaşirkəti həyata keçirəcək. Həmin hava yolları şirkətləri "Yamal", "Taymır", "Komiaviatrans" və "Ural Hava Yolları"dır. Beləliklə, "Yamal" aviaşirkəti həftədə iki dəfə olmaqla 10 marşrut üzrə sərnişin daşımalarına icazə əldə edib: Kazan-Bakı, Moskva-Lənkəran, Sankt-Peterburq-Lənkəran, Ufa-Bakı, Çelyabinsk-Bakı, Perm-Bakı, Soçi-Bakı, Samara-Bakı, Krasnoyarsk-Gəncə və Nijni-Novqorod-Bakı.
"Taymır" aviaşirkəti həftədə 3 dəfə olmaqla 3 marşrut üzrə sərnişin daşıyacaq. Həmin marşrutlar Moskva-Zaqatala, Moskva-Qəbələ və Moskva-Lənkəran marşrutlarıdır. Uçuşa icazə alan hava yolu şirkətlərindən biri də "Komiaviatrans" şirkətidir. Təyyarələr həftədə bir dəfə Kaluqa-Bakı, Samara-Bakı və Nijni-Novqorod-Bakı marşrutları üzrə uçuşlar həyata keçirəcək. Sonuncu - "Ural Hava Yolları" həftədə 5 dəfə olmaqla Kazan-Bakı marşrutu üzrə uçuşlar həyata keçirəcək.
Bununla belə, bəzi aviaşirkətlərin istəkləri təmin edilməyib. Belə ki, "Yamal"a həftədə 5 dəfə Moskva-Bakı və həftədə 3 dəfə Sankt-Peterburq-Bakı marşrutları üzrə uçmağa icazə verilməyib.
Eyni zamanda "Taymır" sonradan öz istəyilə bir neçə reys üzrə uçuşdan imtina edib. Həmin marşrutlar bunlardır: Krasnoyarsk-Gəncə, İrkutsk-Gəncə, Samara-Bakı, Surqut-Bakı, Kazan-Bakı, Sankt-Peterburq-Lənkəran, Surqut-Lənkəran, Sankt-Peterburq-Gəncə və Sankt-Peterburq-Qəbələ.
anspress
Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN
Telefon tutacağından istifadə edənlər 1200 manat cərimə ediləcək – YENİ QANUN










