Azərbaycanda sərxoş sürücülərə qarşı cəzalar daha da sərtləşdirilir

Sərxoş sürücülərə qarşı məsuliyyət tədbirlərinin artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Avtosfer.az xəbər verir ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə görə sürücü sərxoş vəziyyətdə avtomobili idarə edirsə onun barəsində 400 manat 5 bal cərimə yazılır və ya sürücülük hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. Lakin edilən dəyişiklikdə göstərilib ki, həmin xətanın törədilməsinə görə cərimə balı 10 bala qaldırılır.
Qeyd edək ki, bu dəyişiklikdə cərimə məbləğinin artırılması nəzərdə tutulmayıb.
Sürücülər bilməlidir ki, edilən bu dəyişiklik qüvvəyə mindikdən sonra il ərzində iki dəfə sərxoş vəziyyətdə aşkar edildikdə və yaxud saxlanılan zaman sürücülük vəsiqəsində 10 və daha çox bal olduqda, sərxoşluğa görə yazılan cərimədən sonra avtomatik 20 bal toplamış sayılır. Bu zaman sürücülük hüququndan birmənalı şəkildə məhrum ediləcəkdir.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













