Sulutəpə dairəsində tıxaca son qoyuldu - Sürücülərə ŞAD XƏBƏR - FOTO
Yeniliklər
19 Mart 2021 12:10

Yeni yol qovşağı istifadəyə verildi
Martın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbər şəxsləri Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşlarımızın rahat hərəkətinin təmin olunması üçün inşa edilmiş yeni yol qovşağının açılış mərasimində iştirak ediblər. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, yeni inşa edilən qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.
Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsi monolit dəmir-betonla inşa edilib, körpülərə yanaşma yolları tikilib.
Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yollar təmir edilib, piyada səkiləri yaradılıb. 600 metrdən çox istinad divarları inşa olunub.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılıb.
Emin
Oxunub : 4044
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 14:00
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
6 Oktyabr 2026 10:11
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
3 Oktyabr 2026 22:36
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
1 Oktyabr 2026 16:41
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
1 Oktyabr 2026 16:30
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
29 Sentyabr 2026 12:03
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
28 Sentyabr 2026 10:30
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
25 Sentyabr 2026 15:00
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
21 Sentyabr 2026 18:00
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
12 Sentyabr 2026 13:23
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
11 Sentyabr 2026 11:44
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
11 Sentyabr 2026 11:26
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
ŞƏRH YAZ



























