Sürücülərə vacib xəbər - Bu ildən "Yaşıl kart" almalı olacaqsız - VİDEO

Yanvarın 1-dən Azərbaycanda “Yaşıl Kart” sistemi fəaliyyətə başlayır. İlkin olaraq Azərbaycan İran və Türkiyə ilə bu sistemi tətbiq edəcək. “Yaşıl Kart”ın mahiyyəti ondan ibarətdir ki, siz öz avtomobilinizlə getdiyiniz ölkədə qəza törətsəniz, sizin məsuliyyətiniz sığortalanmış olur. Hazırda ölkənin 11 sığorta şirkətindən “Yaşıl Kart” almaq mümkündür. Amma hələ ki, bu kartı almayanların sərhəddə “sərhəd sığortası”ndan istifadə imkanları qalır.
İcbari Sığorta Bürosunun direktoru Elxan Quliyev isə bildirib ki, bu baha başa gəlir və hər dəfə də sərhədi keçəndə əlavə vaxt itkisi və vəsait ödəmək zərurəti yaranır. Bu sistemin həyata keçməsini arzulayan isə ən çox fiziki şəxslər və TIR sahibləridir. “Yaşıl Kart”ın tarifləri maşının mühərrikindən, gedilən ölkədən və verilmə müddətindən asılıdır.
Mühərrik artdıqca ödəniş də artır. Tezliklə digər ölkələrlə də “Yaşıl Kart” tətbiqinə başlanacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













