Sürücülük vəsiqəsinə görə DYP-yə yox, "ASAN xidmət"ə gedin - YENİLİK

Sürücülük vəsiqəsinin itirilməsi və dəyişdirilməsi halları ilə bağlı yenilik edilib. Avtosfer.az xəbər verir ki, əvvəllər sürücülük vəsiqəsinin müddəti bitdikdə və ya vəsiqə itirildikdə Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsinə və şöbələrinə müraciət edərək yenisi ilə əvəz etmək olurdu. Lakin indi bu proseduru yalnız “Asan Xidmət” mərkəzlərində etmək mümkündür.
Qeyd edək ki, bu dəyişiklik sürücülərin rahat və fasiləsiz şəkildə vəsiqələrini dəyişdirməsi üçün nəzərdə tutulub. Sərt karantin rejimi dövründə “Asan Xidmət” mərkəzlərinin iş rejimində yaranmış məhdudiyyətlərə görə sürücülərin rahatlığını nəzərə alaraq bu əməliyyatı Dövlət Yol Polisi İdarəsi də həyata keçirirdi. Sürüclərin diqqətinə çatdırırıq ki, hal-hazırda sərt karantin rejimi ləğv edildiyi üçün Dövlət Yol Polisi İdarəsi bu məsələ ilə bağlı xidməti dayandırıb. Ona görə də sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi, yararsız hala düşməsi, itirilməsi, xarici nümunəli vəsiqənin Azərbaycan nümunəli vəsiqə ilə əvəz edilməsi üçün yalnız “Asan Xidmət” mərkəzlərinə müraciət etmək lazımdır.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












