Tranzit yükdaşımalarında yeni qaydalar - VİDEO

Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipi, elektron müqavilələr və vahid tariflər tətbiq olunacaq. Bütün bu işlər Prezidentin Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında fərmanında nəzərdə tutulub. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycanda dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurlarının və daşıma proseslərinin asanlaşdırılmasını təmin edəcək.
Prezidentin fərmanına əsasən, dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər üzrə vahid tariflər müəyyənləşdiriləcək.
Tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipi tətbiq olunacaq, özü də elektron elektron portal vasitəsi ilə. İqtisadçıların fikrincə, tranzit yükdaşımaları sahəsində həyata keçiriləcək islahatlar ölkəyə valyuta axınını artıracaq və dövlət büdcəsinə daha çox vəsaitin cəlb edilməsini təmin edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












