"Türk Hava Yolları" Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır

"Türk Hava Yolları" avuaşirkətinin (THY) Azərbaycandakı nümayəndəsi Selahattin İlyas Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztür və "Türk Hava Yolları"nın Gəncədəki nümayəndəsi Cabir Peçe də iştirak ediblər.
THY-nin Azərbaycandakı nümayəndəsi Selahattin İlyas bildirib ki, Gəncə, Göygöl, Gədəbəy, Naftalan və digər ətraf ərazilərin turizm potensialının günü-gündən inkişaf etməsi bölgəyə gələn xarici qonaqların sayına müsbət təsir edir. Bu və bir sıra digər amilləri nəzərə alan "Türk Hava Yolları" sərfəli qiymətlərlə Gəncəyə uçuşlar təşkil etməyi planlaşdırır.
Niyazi Bayramov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi Gəncəyə səfər edəcək yerli və xarici turistlərin sayına təsirsiz ötüşməyəcək. O, həmçinin vurğulayıb ki, Azərbaycan son illərdə turizm sahəsində müəyyən irəliləyişlər əldə edib. Bu sahənin inkişafına işğaldan azad edilən torpaqlarımızda qurulacaq infrastruktur da müsbət təsir göstərəcək. Gəncənin yerləşdiyi coğrafi mövqe bölgəyə gələcək olan turistlər üçün olduqca əlverişlidir. Belə ki, buradan sözügedən ərazilərə daha rahat səfərlər etmək mümkündür.
Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk və "Türk Hava Yolları"nın Azərbaycandakı nümayəndəsi Selahattin İlyas məsələ ilə bağlı müsbət gözləntilərin olduğunu qeyd ediblər. Bildirilib ki, Gəncəyə uçuşların may ayından təşkil edilməsi planlaşdırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












