"Twitter" yeni funksiyasını təqdim edəcək

Paylaşımı sonradan düzəltmə xüsusiyyəti əksər sosial media platformalarında mövcud olsa da, "Twitter"də yoxdur. İstifadəçilər bu barədə dəfələrlə etiraz etsələr də, nəticəsiz qalıb.
Unikal.org xəbər verir ki, platforma "tviti geri al" xüsusiyyətini təqdim edəcək. İddialara görə, yenilik hazırda sınaq mərhələsindədir. Şirkət isə hələlik bu xüsusiyyəti aktivləşdirəcəyi barədə dəqiq məlumat verməyib.
Buna baxmayaraq, mütəxəssis Jane Manchun Wong "Twitter"in yeni xüsusiyyətinin necə işlədiyini paylaşdığı videoda yayımlayıb. Videoda "Tviti geri al" xüsusiyyətinin göndərildiyi zaman bildiriş olaraq görünəcəyi qeyd edilir. Ekranda bir neçə saniyə görünən bildiriş pəncərəsi geri sayım taymeri ilə müşayiət olunur.
Paylaşılan tviti geri qaytarmaq istədikdə taymer bitmədən ekranda "Geri al" düyməsini vurmaq lazımdır. Lakin, taymer qısa olduğu üçün sürətli hərəkət mütləqdir. Taymer bitmədən "Geri Al" düyməsini basa bilsəniz, göndərdiyiniz tvit heç kim görmədən silinəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












