Usta su ilə işləyən maşın hazırladı – VİDEO

Hindistanda bir maşın ustası dünyanın ən sərfəli avtomobillərindən birini ərsəyə gətirib. 44 yaşlı Məhəmməd Rəis Markaninin hazırladığı nəqliyyat vasitəsi su ilə işləyir. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Məhəmmədin avtomobili su ilə hərəkətə gətirmə mexanizmi əksər ustaya lap çoxdan məlumdur. Hindistanlı bunun üçün sudan və karbidlərdən istifadə edir. Karbidi suya atan kimi o dərhal qaynamağa başlayır. Qaynar sudan isə enerji əldə olunur. Məhəmməd bu mexanizmi avtomobil mühərrikinə tətbiq edə bilib. İlk baxışdan təhlükəli görünsə də, hindli usta indiyədək hər hansı partlayış və ya qəzanın baş vermədiyini deyir. 15 ildir ustalıq etdiyini deyən Məhəmməd su ilə işləyən avtomobil hazırladıqdan sonra xərclərinin bir xeyli azaldığını deyir. Onun sözlərinə görə, bu cür avtomobil hazırlamaq üçün mühərrikdə bir neçə ciddi dəyişiklik etmək lazımdır. Yoxsa, su ilə dolu çənə karbid atmaq faciəvi sonluqla nəticələnə bilər.
Məhəmmədin bu ixtirası çinli avtomobil istehsalçılarının diqqətini cəlb edib. Hindli ustanı böyük gəlir müqabilində Çinə dəvət edən iş adamları, onun patentini aldığı layihə əsasında maşınqayırma sənayesində yeni səhifə açmağa hazırlaşır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












