Virus infeksiyasına qarşı yeni burun spreyi hazırlanıb

Virusla mübarizədə peyvənd qədər əhəmiyyətli olan vasitələrdən biri də onu öldürən və yoluxmanın çoxalmasının qarşısını alan farmokoloji birləşmələr və dərmanlardır. Son günlər bu sahədə nəticələri heyvanlar üzərində uğurla yekunlaşan təqdimat aparılıb.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin dediyinə görə, yeni hazırlanan dərman vasitəsi virusla mübarizədə böyük bir uğurun başlanğıcı ola bilər: "Aparılan tədqiqat nəticəsində aşkar olunub ki, burun spreyi şəklində həmin birləşmələri alan heyvanlar tam şəkildə virusdan qorunurlar. Elmi tədqiqatın metodik hissəsində bu barədə daha geniş və aydın izah edilir. Bu cür burun spreylərinin pandemiya bitənə qədər insanlar arasında tətbiq edilməsi üçün tədqiqatların nəticəsini gözləmək lazımdır".
Tədqiqatlar nəticəsində məlum olub ki, bu birləşmə 24 saat heyvanların ağciyərlərində qalır, orada effektli təsir göstərir və hətta müəyyən qədər qana keçir. İki dəfə sprey vurulmuş heyvanları 6 saat sonra virusa yoluxmuş heyvanlarla eyni yerə toplayıblar. Nəticədə birləşmə tətbiq edilən heyvanlarda virusdan müdafiə 100 faiz olub.
Azərbaycanlı alim deyib: "Peyvəndin tətbiqi pandemiya ilə mübarizədə çox əhəmiyyətlidir və onun aradan qaldırılması üçün vacibdir. COVID-19 isə pandemiyadan əvvəl də olub və bundan sonra da olacaq. Bunu nəzərə alaraq qeyd etmək lazımdır ki, bu cür burun spreylərinin tətbiqi gələcəkdə çox faydalı olacaq".
Gələcəkdə sağlam insanın virusa yoluxmuş şəxslə təmasda olması faktı aşkarlanarsa, həmin spreydən 24 saat müddətində istifadə etmək nəzərdə tutulur. Tədqiqatın digər maraqlı nəticəsi isə yeni virus ştammlarna, xüsusilə də "Britaniya ştammı"na qarşı effektivliyinin sübut olunmasıdır.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










