"Xiaomi" smart elektromobil konseptini sərgilədi

Xiaomi şirkətinin irimiqyaslı təqdimat tədbirinin dünən keçirilmiş ikinci hissəsi çərçivəsində şirkətin yaradıcısı və CEO-su olan Lei Jun rəsmi şəkildə Xiaomi-nin elektromobil istehsalı planını elan edib. Öz bəyanatında Lei Jun qeyd edib ki, avtomobil biznesinə daxil olmanın bütün risklərini başa düşür. Lakin buna bamayaraq o, risk etməyə hazırdır. Bu onun həyatında sonuncu ən böyük sahibkarlıq layihəsi olacaq və o bu layihə uğrunda öz nüfuzunu qurban verməyə hazırdır.
Bununla belə Lei Jun etiraf edib ki, uğurun əldə olunması və layihənin ilk nəticələrinin ortaya çıxması üçün milyardlarla vəsait və bir neçə il vaxt lazımdır. O bildirib ki, Xiaomi şirkəti 2020-ci ilin sonuna kimi 16.4 milyard dollar müstəqil vəsait yığıb və onun tədqiqat qrupunda 10.000 nəfər insan çalışır. Buna görə də Xiaomi bu cür riski gözə ala bilər. Təqdimat çərçivəsində şirkət həmçinin öz elektromobil konseptinin fotolarını təqdim edib.
Həmin konsept fotolar isə Xiaomi əməkdaşlarından birinin xahişi ilə yaradılıb. Belə ki, həmin şəxs Yeni il bayramı münasibətilə şirkətdən öz arzularından birinin reallaşdırılması imkanını qazanmışdı. Təqdim edilmiş fotolarda təkərlər üzərində ev əks olunub və evin daxilində müxtəlif Xiaomi məhsulları yerləşdirilib. Şirkətin bu elektromobil konsepsiyasının real prototipini yaradıb-yaratmayacağı bilinmir. Xiaomi hələ ki, öz ilk elektromobilinin nə zaman satışa çıxacağı barəsində məlumat verməyə hazır deyil. Belə ki, şirkət bu yolun hələ əvvəlindədir.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










