Xocalı prospektində nəqliyyatın hərəkəti ilə bağlı VACİB AÇIQLAMA

Paytaxtın Xətai rayonu Xocalı prospektində təmirdən sonra aparılan xətlənmə sürücülərdə narazılıq yaratmışdı. Belə ki, prospektin Ali Məhkəmədən “Xətai” metrostansiyası istiqamətinə gedən yolun solunda velosiped zolağının çəkildikdən sonra avtobus və avtomobillərin hərəkəti üçün bir zolaq qalmışdı. Hərəkət hissəsinin qalan sağ tərəfinin parkinq üçün nəzərdə tutulması vəziyyəti daha da çətinləşdirdi.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, sözügedən prospektdə avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər. “Xocalı prospektində parklanma yerləri və velosiped zolağı ilə bərabər avtomobillərin hərəkəti üçün 2 zolaq təşkil edilib. Həmin prospektdə müvəqqəti avtobus zolağında 5.9 - “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb və zolaq hələ ki, qüvvədə deyil. Bu səbəbdən avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər”, - deyə qurumdan bildirilib.
Avtosfer.az xəbər verir ki, “Avto FM”mövzuyla bağlı izahlı videomaterial hazırlayıb. Bildirilib ki, AYNA-nın məlumatına əsasən, fərdi nəqliyyat vasitələrinin sürücüləri də avtobuslar üçün nəzərdə tutulmuş zolaqdan istifadə edə bilərlər: “Yolun baş hissəsində heç bir nişan olmadığı üçün sürücülər avtobus zolağına rahatlıqla daxil ola bilərlər. Eyni zamanda yerdəki qırıq-qırıq xətlərdən də sürücülər bu zolağa daxil olaraq avtomobillərini yolun sağ kənarında park edə bilərlər”.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












