"Yaşıl Kart Sistemi"nin tətbiqi yükdaşıma xərclərini azaldacaq" - NAZİR

“2016-cı ilin yanvarın 1-dən Azərbaycanın qoşulacağı “Yaşıl Kart Sistemi” çərçivəsində sığortaçıların fəaliyyəti, habelə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi ilə bağlı normativ aktlar vacib əhəmiyyət daşıyır”.
Avtosfer.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün nazirlikdə keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.
S.Şərifov qeyd edib ki, cari ildə Maliyyə Nazirliyinin sığorta sahəsinə dair bir sıra kollegiya qərarları Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. “Ölkə başçısının iqtisadiyyatın inkişafı ilə bağlı verdiyi göstərişlər sırasında beynəlxalq yük daşımalarında Azərbaycanın tranzit ölkə rolunun artırılmasının prioritet məsələ kimi müəyyənləşdirildiyi bir vaxtda “Yaşıl Kart Sistemi”nin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Artıq 2016-cı ilin yanvarın 1-dən yaşıl kartla Azərbaycana daxil olacaq xarici qeydiyyatlı avtonəqliyyat vasitələrinin gömrük sərhəd məntəqələrindən Azərbaycan ərazisinə buraxılması üçün sığorta haqqı ödəyib icbari sığorta müqaviləsi bağlamalarına ehtiyac olmayacaq. Bu, tranzit məqsədilə gələn avtomobillərin yükdaşıma xərclərini bir qədər də azaldacaq”, - deyə nazir bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












