Yeni "Bayraktar"ın üstünlükləri - Türk general açıqladı - VİDEO

Vətən Müharibəsində qalib gəlməyimizdə bacarıqlı hərbçilər, düzgün strategiya ilə paralel yüksək texnoloji qurğuların da böyük rolu olub.
Türkiyə istehsalı olan "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının rolu danılmazdır.
Liviya, Suriya və Qarabağda effektivliyini göstərən uçuş aparatını almaq üçün Böyük Britaniya, Serbiya, Qazaxıstan və Gürcüstandan real sifarişlər var. Bolqarıstan və Ukrayna isə pilotsuzların böyük partiya idxalını planlaşdırır.
Pilotsuz uçuş aparatına tələbatın artdığı bir vaxtda Türkiyədə "Bayraktar"ın yeni versiyasının təqdim ediləcəyi bildirilir. Şaquli qalxma imkanına malik olacaq qurğuların avtonomluğunun bir az da təkmilləşdiriləcəyi deyilir.
Məlum məsələdir ki, avtonom olaraq, idaretmə olmadan "Bayraktar TB2"lər havaya qalxa və enə bilirlər. Yeni "Bayraktar"ların üstünlüyünün nə olacağı barədə Türkiyədə ehtiyatda olan general Özgür Tor aydınlıq gətirib:
"Türkiyə piltosuz uçuş aparatları sahəsində böyük üstünlüklər əldə edib. Üstünlüklər pilotsuzların havada qalma müddəti, hədəfi dəqiq təyin edib məhvə etməsi, səssizliyi, tapşırıqları dəqiq yerinə yetirmək bacarığı və s. ibarətdir.
Pilotsuzların idxalının daha da artması baxımından modernləşdirilməsi labüd olur".(BAKU.WS)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












