Yeni dəmir yolu körpüsünün tikinti layihəsi razılaşdırıb

Dekabrın 21-də Tehran şəhərində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaracay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi üzrə Azərbaycan və İran İslam Resbublikası Dəmir Yollarının İşçi Qurupun iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun apa-ya verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov iclasda bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.
Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb. Sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaracay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpusu tikinti layihəsi müzakirə olunub. Müzakirələr zamanı bildirilib ki, tərəflər 8-9 noyabr 2015-ci il tarixdə Tehran şəhərində mütəxəsislərin keçirmiş olduğu iclas protokolunun maddələrinin qüvvədə qaldığını təsdiq edirlər. İran tərəfi 14 dekabr 2015-ci il tarixdə körpünün layihəsinin 5 variantını Azərbaycan tərəfinə təqdim edib, Azərbaycan tərəfi 16 dekabr 2015-ci il tarixdə ikinci variantı (3x26,75) seçərək qəbul etdiyini İran tərəfinə məlumat verib.
İçlasın sonunda müvafiq protokol imzalanıb. Protokola əsasən, qərara alınıb ki, İran tərəfi geologiya işlərinin Azərbaycan ərazisində icrasını təşkil olunması məqsədi ilə Azərbaycan sərhəddini keçəcək işçilərinin pasport məlumatlarını Azərbaycan tərəfinə təqdim etməlidir. Eyni zamanda Azərbaycan tərəfi müvafiq orqanlardan İran mütəxəsislərinin Azərbaycan sərhəddinə girişini təmin edəcək. Bununla bağlı 25-27 dekabr tarixlərində tərəflərin mütəxəsislərnin göruşü təşkil ediləcək. Müzakirələrdən sonra qərara alınıb ki, Azərbaycandan İrana gedən istiqamətdə 1520 mm standartlı dəmir yolu xətti sağda, 1435 mm standartlı dəmir yolu xətti isə sol tərəfdə yerləşəcək. İrandan Azərbaycan istiqamətində isə 1520 mm standartlı dəmir yolu solda, 1435 mm standartlı dəmir yolu xətti isə sağda yerləşəcək. Eyni zamanda, 27 dekabr 2015-ci ildə dəmir yolu və sərhəd xidmətinin səlahiyyətli nümayəndələrinin iştiraki ilə layihə yerində görüşün təşkil olunması və köprünün sıfır nögtəsinin təyin olunması qərara alınıb.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










