Yeni nəqliyyat konsorsiumu yaradılır - Türkiyə, Qazaxıstan, Azərbaycan və Gürcüstan

Türkiyə, Qazaxıstan, Azərbaycan və Gürcüstanın ən böyük və nüfuzlu nəqliyyat və logistika operatorlarının nümayəndələri İstanbulda görüşüb. Avtosfer.az "İnterfaks"a istinadən xəbər verir ki, görüş zamanı tərəflər malların Çindən Avropaya daşınması məqsədilə konsorsium yaradılması barədə razılığa gəlib.
Bu barədə razılaşma beynəlxalq nəqliyyat və logistika sərgisi olan "Logitrans" çərçivəsində İstanbulda təşkil edilən "Çin-Türkiyə-Avropa" Transxəzər Nəqliyyat Marşrutunun imkanları perspektivlərinin təqdimatı zamanı əldə olunub.
Konsorsiumun təsisçisi olmağa Çinin "Mishgeng Logistics" şirkəti ilə yanaşı, "KTJ ekspress" ("Qazaxıstan Dəmir Yolları"nın törəmə şirkəti), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Azərbaycanın "Karvan Logistics" şirkəti, eləcə də "Trans Caucasus Terminals" ("Gürcüstan Dəmir Yolları"nın törəmə şirkəti ) hazır olduğunu bəyan edib. Türkiyə tərəfi isə konsorsiumda assosiativ üzvü kimi təmsil olunacaq.
Xatırladaq ki, Transxəzər Nəqliyyat Marşrutunun əsas komponentlərindən biri 2016-cı ildə istismara veriləcəyi planlaşdırılan və ümumi uzunluğu 826 km olan Bakı-Tbilisi-Qars dəmir yolu magistralı olmalıdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












