Yeni qatar istifadəyə verildi - FOTO

Bakı Metropolitenində daha bir yeni təsərrüfat qatarı istismara verilib. Avtosfer.az xəbər verir ki, bu barədə teleqraf-a “Bakı Metropoliteni”nin mətbuat xidmətindən məlumat verilib. Ötən il alınmış eyni tipli qatardan fərqli olaraq, budəfəki təsərrüfat qatarı Rusiyanın Udmurtiya Respublikasının Kambarka şəhərində yerləşən “Kambarsk maşınqayırma zavodu” Ticarət evi MMC-nin istehsalıdır. MTK-1-038 markalı dartı modullu yeni motovozun gücü, manevr qabiliyyəti rəvan hərəkətə şərait yaradır. Bu mənada sürət qutusunun avtomatlaşdırılması az rol oynamır. Səs-küyün azalması, ekoloji cəhətdən daha səmərəli olması onun xüsusi üstünlükləridir. Müasir güc qurğularının qoyulması dəmir yol nəqliyyatı üçün nəzərdə tutulmuş “Avro-3” və “Avro-4” standartlarına tam cavab verir. Motovozda təhlükəsizlik, eləcə də yanğın əleyhinə sistemlər quraşdırılıb, hərəkətin parametrləri üzrə registratorla təchiz olunub. Radiorabitə şəbəkəsi və işıqlanması müasir sistemlərə əsaslanır. Vacib elementlər sırasında 50kVt-lıq generatoru, 1 ton yükü qaldırmaq iqtidarında olan hidroqaldırıcı kran qurğusunu qeyd etmək də lazımdır. Bu sıraya ehtiyac yarandıqda, generatordan verilə biləcək 380 V gərginliyi də əlavə edə bilərik. Yeni qatarda maşinist idarəetməsi tam kompüterləşdirilib. Bu, təkcə hərəkətdə olan maşını idarə etmək üçün deyil, həm də onun vəziyyətini qiymətləndirmək baxımından əhəmiyyətli yenilikdir. Proqram özü motovozda yarana biləcək çatışmazlıqları, nasazlıqları təyin etməyə və vaxtında aradan qaldırmağa kömək edir.
Motovozun iki müasir tipli mühərriki var. Onlardan biri, hər hansısa nasazlıq halında, motovozu tuneldən 5 km/saat sürətlə çıxarmağa kömək edəcək.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












