Yeni standartlar: taksilər bu rəngdə olmalıdır - VİDEO

Taksilərlə bağlı yeni standartlar qəbul olunub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi standartlar həm fərdi avtomobillərə, həm də taksi fəaliyyətilə məşğul olan firmalara aidddir. Yeni standartlara əsasən ölkədə fəaliyyət göstərən taksilər sarı, ağ və bənövşəyi rəngdə ola bilər. Şəxsi maşınlara belə rəng məhdudiyyəti qoyulmur. Digər dəyişikliklər taksi kimi istifadə ediləcək bütün avtomobillərə şamil edilir.
Texniki tənzimləmə və standartlaşma şöbəsinin müdiri Namiq Tağıyev deyir ki, indi yalnız taksi avtomobillərinin yan qapılarında xüsusi fərqlənmə nişanları olacaq.
Taksi kimi istifadə olunan avtomobillərlə bağlı tələblər də sadələşdirilib. Nəqliyyat sahəsinin araşdıran Ərşad Hüseynovun fikrincə, bu taksi fəaliyyətilə məşğul olanların işini daha da asanlaşdıracaq: “Taksi avtomobillərin istehsal ili ilə bağlı tələblər sadələşdirilib. Əvvələr həmin avtomobillər “Avro-3” və “Avro 4” tələblərinə cavab verməli idisə, indi avtomobilin istifadə müddətinin 15 ildən aşağı olması onun taksi kimi istifadə edilməsinə imkan verəcək”.
Bütün bu sadələşdirmələr Prezident İlham Əliyevin 31 avqust tarixində dövlət xidmətlərinin və lisenziyalaşmanın asanlaşması ilə bağlı imzaladığı fərmana əsasən həyata keçirilib.
Onu da deyim ki, taksi fəaliyyəti ilə bağlı daha bir yenilik lisenziyanını verilməsinin “ASAN xidmət”ə həvalə edilməsi oldu ki, bu da həmin sahədə baş verən xoşagəlməz halların qarşısını alıb.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










