Yeni yol nişanı yaradıldı

Helsinkidə yeni yol nişanı meydana gəlib. Bu nişan yeriyən zaman mobil qurğulardan istifadə edən insanlar haqqında xəbərdarlıq edir. Qırmızı-sarı üçbucaqda əllərində telefon olan və addımlayan insanlar təsvir edilib. Avtosfer.az xəbər verir ki, bu barədə “fontanka.fi” məlumat yayıb. Yol nişanı şəhərin mərkəzi rayonlarından olan Münkkiniyemidə meydana çıxıb. Nişanda Mobile people (mobil telefonlu adamlar) yazılıb.
Onu Yakob Semper və Emiliya Tiismannanın kreativ komandası hazırlayıb. Semper avtomobil qəzasına düşüb, səbəb isə onun bütün diqqətinin smartfonda olması olub. Onun sözlərinə görə, sahibkarlardan biri piyadaları yeriyərkən bütün diqqətlərini telefona yönəltməklə özlərini məruz qoyduqları təhlükə barədə xəbərdarlıq etmək istəyib. Yol nişanını kimin yerləşdirdiyi məlum deyil. O, şəxsi ərazidə yerləşir, ona görə də şəhər hakimiyyəti onu götürə bilmir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












