Yollarımız keyfiyyətli və uzunömürlü olacaq - FOTO

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutunda təşkil edilmiş ixtisasartırma kurslarında təhsil alan orta səviyyəli mütəxəssislərın ilk qrupu kursu müvəffəqiyyətlə bitirib. İnstitutda avtomobil yollarının yüksək keyfiyyətdə tikilməsi və uzunmüddətli istismarının təmin edilməsi, institutda işləyən mühəndislərin hazırlıq səviyyəsinin və elmi fəaliyyətinin yüksəldilməsi, avtomobil yollarının tikintisində istifadə olunan materialların yoxlanılmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyünün qorunması və uzun ömürlüyünün təmin olunması məqsədilə 01 oktyabr 2015-ci il tarixdən orta səviyyəli mütəxəssislər üçün ixtisasartırma kursları təşkil edilib.
Sözügedən kurslarda orta səviyyəli mütəxəssislər “Yol inşaat materiallarının labaratoriya sınaqları”, “Yol inşaat materiallarının labaratoriya sınaqları (operator – asfaltbeton)”, “Avtomobil yollarının tikintisi” (mexanizator – avtoqreyder), “Avtomobil yollarının tikintisi ” (mexanizator – vərdənə), “Avtomobil yollarının tikintisi“ (layihə - axtarış) işləri üzrə 1 aylıq kursu bitiriblər. Kursu bitirənlərə müvafiq olaraq sertifikatlar təqdim edilib.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















