Naxçıvan şəhərində yeni işıqforlar quraşdırılacaq

Bu gün avtomobillərin, piyadaların hərəkəti baxımından Naxçıvan şəhərindəki ən sıx ərazilər Əziz Əliyev, Nizami, Cəlil Məmmədquluzadə, İstiqlal küçələri, dördyolun Naxçıvan Dövlət Universiteti istiqaməti və Heydər Əliyev prospektidir. Həmin ərazilər həm zolaqların sayına, həm də şəhərin əsas əlaqələndirilmiş ünvanları olduğuna görə, xüsusilə günün pik vaxtlarında, yəni səhər saat 8-9-da, günorta 13-14-də və insanların işdən çıxdıqları 18-19 aralıqlarında diqqətli olmaq lazımdır. Bu saatlarda yollar daha çox yüklənir. Avtomobillərin sayında sıxlıq olur.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərtac”a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılov deyib.

Polis mayoru qeyd edib ki, bu sıxlığın aradan qaldırılması üçün təmsil olunduğu idarə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə müvafiq addımlar atır. Yeni yol nişanları sifariş verilib. Yaxın vaxtlarda şəhərdə yeni işıqforlar quraşdırılacaq. Bəzi işıqforlarda artıq 3 fazalı keçidlərə keçilməsi planlaşdırılır ki, bu, tıxacların qarşısını alacaq.
“Naxçıvanda əvvəllər yol-nəqliyyat hadisələri ən çox rayonlararası yollarda baş verirdisə, son zamanlar bunun əksinin şahidi oluruq. Qəzalar daha çox yaşayış məntəqələri daxilində, yolayrıclarında müşahidə olunur. Yolayrıcları həm nizamlanan, həm də nizamlanmayandır. Naxçıvan şəhərində 21 yerdə, yəni 21 yol ayrıcında işıqfor obyektləri fəaliyyət göstərir. Qalan yolayrıcları isə nizamlanmayan statusundadır. Yəni həmin ərazilərdə hərəkət yol nişanlarına uyğun edilməlidir. Onu da qeyd edim ki, nəqliyyat hadisələrinin hamısında iki əsas amil nəzərə çarpır: diqqətsizlik və sürət həddi. Naxçıvan şəhərində sürət həddi 50 kilometr/saat müəyyənləşib. Amma hadisələr zamanı avtomobillərin deformasiyasına baxanda sürətin çox olduğunu görürük. Sürət nə qədər yüksək olarsa, yol-nəqliyyat hadisələrinin baş vermə riski artır və eyni zamanda, ağırlıq dərəcəsi də çoxalır. Ona görə də sürücülər sükan arxasında əyləşən zaman fikirləşməlidirlər ki, onların səhv qərarı, diqqətsizliyi özləri ilə bərabər digər insanların da həyatına ciddi təhlükə yaradır”, - deyə o əlavə edib.
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO












