20 minə yaxın avtomobilin postlardan keçməsinin qarşısı alınıb - DYP açıqlama yaydı

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 04.04.2020-ci il saat 08:00-dan 05.04.2020-ci il 00:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə 04.04.2020-ci il saat 08:00-dan 05.04.2020-ci il 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 33-ü rayon, 68-i paytaxt istiqamətinə olmaqla 101, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 14-ü rayon, 48-i paytaxt istiqamətinə olmaqla 62, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 51-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 126, Sumqayıt şəhəri ərazisində yerləşən keçid postundan 185 və Abşeron rayonu ərazisində yerləşən keçid postundan 510 avtomobil olmaqla gün ərzində 984 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.
Ümumilikdə 19.03.2020-ci il tarixindən bu günədək respublika əhəmiyyətli avtomobil yollarında 19759 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.
Gültən
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












