50 ildir avtomobil sürür, heç vaxt cərimələnməyib və qəza törətməyib - Rəis ona diplom verdi - VİDEO

Bakı şəhər sakini, 76 yaşlı Rəcəb Hüseynov 1970-ci ilin yanvar ayında ilk dəfə sürücülük vəsiqəsi alıb. Elə həmin ilin fevral ayından ilk avtomobilini alaraq idarə etməyə başlayıb. R.Hüseynov bu günə qədər 5 dəfə avtomobilini 4 dəfə isə sürücülük vəsiqəsini dəyişib. R.Hüseynov Bakı şəhəri ərazisində sürücü-piyada münasibətləri barədə keçirilən sosial sorğuda iştirak edən zaman iddia edib ki, 50 ildir avtomobil idarə etməsinə baxmayaraq bu günə qədər heç bir yol nəqliyyat hadisəsi törətməyib və qaydalara əməl etdiyi üçün yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilməyib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, sürücü barədə İdarədə araşdırma aparılıb və onun iddiaları təsdiqini tapıb: "76 yaşlı sürücü Rəcəb Məmmədağa oğlu Hüseynovun iddiaları barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məlumat verildikdən sonra bu barədə İdarədə müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı məlum olub ki, Rəcəb Hüseynovun istifadəsində 1970-ci ilin fevral ayından bu günə qədər mütamadi olaraq 5 müxtəlif markalı nəqliyyat vasitəsi olub. O, təkcə Bakıda yox, Azərbaycan ərazisində, eyni zamanda keçmiş Sovet İttifaqına daxil olan 10-a yaxın respublikalarda avtomobil idarə etsə də heç bir yol nəqliyyat hadisəsi törətməyib və yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilməyib".
Məlumat üçün bildirək ki, BŞDYPİ-nin rəhbərliyi 76 yaşlı Rəcəb Hüseynovu yarım əsrin ən nümunəvi sürücüsü elan edib və ona İdarənin rəisi Rəşad Piriyevin adından diplom və qiymətli hədiyyələr təqdim olunub.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












