Abşeron DYP əməkdaşları qadını ölümdən qaytardı - VİDEO

Abşeron Rayon Dövlət Yol Polisinin əməkdaşları növbəti dəfə humanist və nümunəvi addımı ilə yadda qalıblar. Avtosfer.az xəbər verir ki, bu yaxınlarda 30 yaşlı Vüsalə Cəfərovanın boğazında balıq sümüyü qalıb. Atası Famil Cəfərov təcili şəkildə ona çöpçüyə aparıb ki, sümük çıxarılsın. Lakin balıq sümüyünü çıxarmaq mümkün olmayıb və atasına təcili xəstəxanaya çatdırması məsləhət görülüb. Bu zaman F.Cəfərov övladını xəstəxanaya çatdırmaq üçün sürət həddini aşıb və bu fakt 99 YP 190 nömrəli xidməti maşında olan yol polisi Vasif Ələsgərovla Əli Cavadovun diqqətini cəlb edib. Sürücü saxlanıldıqda onun övladının məsələsindən xəbər tutan hər iki yol polisinin köməyi ilə xəstəxanaya çatdırılıblar. F.Cəfərov bildirib ki, yol polis əməkdaşları onları “Semaşko”ya aparıblar: “Onların yardımı sayəsində xəstəxanaya vaxtında çatdıq, indi övladım yaxşıdır. Bu nümunəvi hərəkətinə görə Abşeron rayon yol polis əməkdaşlarına təşəkkür edirəm”.
Bundan əvvəl də Abşeron DYP əməkdaşı polis kapitanı Vasif Sadıqov qolu kəsilən 21 yaşlı gənc oğlanın həyatını xilas edib. Ərazidə xidmət edən Vasif Sadıqov yaralını və onun anasını 99 YP 174 dövlət nömrə nişanlı patrul avtomobilinə mindirərək xəstəxanaya çatdırıb.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












