Abşeronda yol polisi körpəni belə xilas etdi - VİDEO

Vətəndaş Elçin Məmmədov axşam saatlarında körpəsinin qəfil halı pisləşdiyindən onu təcili xəstəxanaya aparmalı olub. Avtosfer.az xəbər verir ki, Masazır yolunda olan tıxac körpənin həyat təhlükəsini artırıb. Fevralın 13 də saat 19 radələrində peşə xidmətini yerinə yetirərkən Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin 99-YP-171 dövlət nömrə nişanlı avtomobilini idarə edən inspektoru yolda olan tıxacı açaraq, az yaşlı körpənin vaxtında xəstəxanaya çatdırılmasını təşkil etməklə, onun həyatını xilas edib.
Yol Patrul Xidməti inspektorları uşağın olduğu maşını yol boyu müşayiət edərək tıxacdan çıxarıb, xəstəxanaya tez çatmasına şərait yaradıb.
Körpənin ailəsi peşə borcunu şərəflə yerinə yetirən Yol Patrul Xidməti inspektorları Mehman Zülfuqarov və Qurban Baxşıyevə öz minnətdarlıqlarını bildirirlər.
Gültən Qədirli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












