Ağsuda yol polisləri sürücünün həyatını belə xilas etdi - VİDEO

Ağsuda yol polisləri sürücülərə kömək edib. DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional Avtosfer.az-a qrupundan verilən məlumata görə, ötən gün Ağsu şəhərində bir vətəndaş ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. O, yük avtomobilinin sürücüsü, epilepsiya xəstəliyindən əziyyət çəkən atasının halının pisləşdiyini bildirib. Ağsu RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları - polis leytenantı Orxan Əzizov və polis serjantı Rais Baxşiyev dərhal həmin sürücüyə ilkin tibbi yardım göstərərək öz avtomobillərində Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Orada sürücü Tərlan Kərimova zəruri tibbi yardım göstərilib. Onun səhhəti normallaşanadək polis əməkdaşları xəstəxananı tərk etməyiblər. Sürücünün oğlu və ailəsi polis əməkdaşlarının belə humanistliyinə, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirirlər.
Gültən Qədirli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












