“Avtomobilinizi uşaqlarınız üçün təhlükəsiz edin” - FOTO

Bu gün Azərbaycan Milli Avtomobil Klubu (AMAK) Təhsil Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Günay Sığorta, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF Azərbaycanın dəstəyi ilə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Avtomobilinizi uşaqlarınız üçün təhlükəsiz edin” adlı məktəblərarası yarış keçirmişdir. Yarışın əsas məqsədi yol hərəkəti qaydaları, təhlükəsizlik kəməri və uşaq avto-oturacaqları mövzusunda uşaqların bilik və bacarıqlarını qiymətləndirmək və onlara yeni biliklər aşılamaq idi.
Avtosfer.az xəbər verir ki, Mərkəzin təşkilatçılığı ilə baş tutan tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, nəqliyyat eksperti Azər Allahverənov və Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı iştirak ediblər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür tədbirlərin həyata keçirilməsi şagirdlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının daha da möhkəmlənməsi üçün əhəmiyyətlidir. "Düşünürəm ki, bu cür yarışlar mütəmadi olaraq keçirilməlidir."
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev isə Avtosfer.az-a bildirib ki, uşaqlarda yol hərəkəti qaydaları barəsində maarifləndirilməsi vacib amildir. "Düşünürəm ki, xüsusilə məktəblilər arasında bu cür yarışların təşkili effektiv olacaq."
Yarışma üç mərhələdə təşkil olunub. I mərhələdə komandalar yol qaydaları, uşaq avto-oturacaqları və təhlükəsizlik kəməri ilə bağlı sualları cavablandırmış və münsiflər heyəti tərəfindən qiymətləndirilib. II mərhələdə uşaqların yaradıcılıq qabiliyyətlərini yoxlamaq üçün komandalara yol nişanı, təhlükəsizlik kəməri və uşaq avto-oturacağı ilə bağlı rəsm çəkmək tapşırılıb. Burada əsas məqsəd onların mövzunu başa düşməsi və yol hərəkəti təhlükəsizliyinin əhəmiyyətini vurğulaması idi. Sonuncu mərhələdə isə məktəblilər yol nişanları və uşaq avto-oturacağı əks olunmuş şəkillərin “puzzle”-larını yığılıb.
Yarışın qalibləri AMAK, Baş Dövlət Yol Polisi İdarəsi, Günay Sığorta, UNICEF Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan hədiyyələrlə və sertifikatla mükafatlandırılıb.
Yarışdan sonra iştirakçı valideynlər arasında müsabiqə keçirilmiş və qalib uşaq avto-oturacağı ilə mükafatlandırılmışdır. Münsiflər heyətinin üzvləri uşaqları, həmçinin də valideynləri təhlükəsizlik kəmərlərinin və uşaq avto-oturacaqlarının əhəmiyyəti barədə maarifləndirmə müzakirələri aparmış və onların insan həyatını necə xilas etdiyi barədə həm beynəlxalq, həm də öz təcrübələrini bölüşüblər.
Gültən Qədirli
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi
Yol polisi piyadalarla bağlı dəhşətli görüntülər yaydı - XƏBƏRDARLIQ - VİDEO
Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO





























