Ayda 500 manat maaş alıb 250-ni cərimə ödəyən sürücülər var – DYP - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları - polis kapitanı Qalib Rzayev və polis mayoru Bakir Həsənov Qaradağ rayonu ərazisində yerləşən SOCAR-ın Nəqliyyat İdarəsinin 6 saylı texnoloji nəqliyyat deprtamentində sürücülərlə görüş keçiriblər. Baş DYPİ-nin rəisi, general-mayor Ramiz Zeynalovun göstərişi ilə keçirilən görüşdə həmin departamentin rəhbərliyi də iştirak edib.
DYP zabiti Bakir Həsənov bildirib ki, bəzi sürücülər aylıq 300-500 maaş aldığı halda çoxlu qayda pozuntusuna yol verir və qazancın çoxunu cərimə ödəyir: “Pulunuzun cibinizdə qalması üçün qayda pozmamaq lazımdır. Nişanlara, sürət həddinə əməl edin”.
B.Həsənovun sözlərinə görə, 6-cı tağımın ərazisində baş verən piyadavurmalar ciddi narahatlıq doğurur. Bunun da müxtəlif səbəbləri var ki, onlardan da ən əsası sürücülərin sürət həddinə əməl etməməsidir: “Piyada keçidi çəkildi ki, piyadalar rahat şəkildə yolu keçsinlər. Hətta sürət həddini 110 km/saatdan 90-a endirdik ki, təhlükəsizlik təmin edilsin. Amma qarşıda gələn avtomobil sürəti azaldəb piyadaya yol vermək istəyəndə arxadan sürətlə gələnlər onu vurur, qəza baş verir. Sürücülər qaydalara əməl etməyi öyrənənə qədər həmin ərazidə 100-ə qədər hadisəmiz oldu. Bu ərazilərdə uşaqları maşın vurur. Onlar yol çiyni ilə hərəkət etsələr də, bəzən bir-birini itələyirlər, zarafatlaşıb oynayırlar, yolu qaçaraq keçirlər. Bu da qəzalara səbəb olur”.
Elməddin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












