Azərbaycanda bütün DYP postları və YPX avtomobilləri dezinfeksiya edildi - FOTO - VİDEO

Dünyada yayılmış koronavirus epidemiyası ilə əlaqədar, o cümlədən kəskin respirator virus xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda bir sıra sahələrdə, o cümlədən nəqliyyat sektorunda genişmiqyaslı qabaqlayıcı tədbirlər görülür. Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarına əsasən gündəlik olaraq, avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan az olmamaq şərti ilə avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir.
Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün stasionar postlarında və YPX avtomobilində növbəti dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, postlarda xidmət aparan YPX avtomobilləri xüsusi maddə ilə virusa qarşı dərmanlanır. Videomaterialı təqdim edirik:
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


































