Azərbaycanda polis polisi maşınla vurub öldürdü - ŞOK OLAY

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə polis əməkdaşın öldüyü yol qəzasına aydınlıq gətirib.
Avtosfer.az-ın məlumatına görə DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu qəza respublika ərazisində hər gün baş verən yol qəzalarından biridir: “Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri Fərhad Abdullayev avtobusdan düşüb yolu keçərkən həmin yolda hərəkətdə olan Yol Patrul Xidmətinə (YPX) məxsus avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Bəzi sosial şəbəkə istifadəçiləri yol-nəqliyyat hadisəsinin başvermə səbəbi barədə yalan və əsassız iddialar səsləndirirlər. Bir daha qeyd edirik ki, bu hadisə də hər gün rastlaşdığımız yol-nəqliyyat hadisələrindən biridir. Təəssüf ki, bu yol-nəqliyyat hadisəsində həlak olan bizim əməkdaşlarımızdan biri olub”.
***
17:32
Ağstafa rayonu ərazisində polis avtomobili ilə digər polis əməkdaşını vuraraq öldürüb. Avtosfer.az-ın məlumatına görə, hadisə zamanı magistral yolda hərəkətdə olan polis avtomobili avtobusdan düşən digər polis əməkdaşını vurub. Nəticədə, 1982-ci il təvəllüdlü Fərhad Abdullayev adlı polis əməkdaşı həyatını itirib.
Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır. //Oxu.az
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












