Azərbaycanda qayda pozan xaricilər ölkədən çıxa bilməyəcək - DYP-dən yenilik - FOTO

Baş DYP İdarəsi xarici ölkə vətəndaşları ilə bağlı daha bir yenilik tətbiq edib. Belə ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəldiyi, yaxud Azərbaycanda icarəyə götürdüyü avtomobillərlə yol hərəkəti qaydalarını pozaraq cəriməni ödəmədən ölkədən çıxması hallarının qarşısının alınması məqsədilə respublikanın bütün sərhəd məntəqələrində DİN Baş DYP İdarəsinin hazırladığı xüsusi bildirişlərin paylanılmasına başlanılıb. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev müsahibəsində bildirib.

Tətbiq edilən yeniliklə bağlı məlumat verən şöbə rəisinin sözlərinə görə, buklet və plakat formasında, 5 dildə çap edilmiş bildirişlərdə Azərbaycan Respublikasının ərazisində müəyyən olunmuş sürət həddinin aşılmasına, habelə bir çox yol hərəkəti qayda pozuntularına xüsusi texniki vasitələrin köməyi ilə nəzarət edildiyi üçün inzibati xətaya yol vermiş şəxslərin barəsində iştirakları olmadan elektron qərar çıxarılması, cərimə ödənişləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və dəbbə pulu, habelə Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisində inzibati xəta törətmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin barələrində inzibati tənbeh tədbirləri icra edilənədək onların Azərbaycan Respublikasından getmələrinin müvəqqəti məhdudlaşdırılması qeyd edilib. Buklet formalı bildirişlər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sürücülərə paylanılır, plakatlar isə həmin məntəqələrdə yaxşı oxuna bilən yerlərdən asılıb.
K.Əliyev həmçinin bildirişlər paylanılmazdan qabaq, hələ yanvar ayının əvvəlində xarici ölkə vətəndaşlarına tətbiqi nəzərdə tutulan qanunvericiliyin tələbləri barədə məlumat çatdırılması məqsədilə Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliklərə müraciət edildiyini bildirib.
Orxan Əli
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi
Yol polisi piyadalarla bağlı dəhşətli görüntülər yaydı - XƏBƏRDARLIQ - VİDEO
Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO

















