“Bakıda işləyib hazırda rayonda olanlar da bu gündən buraxılmayacaq” - Kamran Əliyev

“Bakı qeydiyyatında olan, amma hazırda rayonda olan şəxslərin Bakıya girişi bu gündən tam dayandırılır”. Avtosfer.az-ın məlumatına görə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, yalnız istisna hal təşkil edən şəxslər Bakı, Sumqayıt və Abşerona buraxılacaq: “Bunlara sosial işçiləri, kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan şəxsləri misal göstərə bilərik. Amma Bakıda daimi işləyən, Bakıda qeydiyyatında olan şəxslər də Bakı, Sumqayıt və Abşerona buraxılmayacaq. Çünki öncədən əhaliyə elan edilmişdi ki, pandemiya var, ölkədə yayılma riski böyükdür. Buna görə də bayram üçün rayonlara getməsinlər. Daha sonra da onlara geri qayıtmaq üçün martın 28-dək vaxt verilmişdi. Artıq hər bir rayonun çıxışında postlar qurulduğu, rayonlararası nəqliyyatın hərəkəti dayandırıldığı üçün həmin şəxslər karantin rejimi müddətində olduğu yerdə qalmalıdırlar. Həmin şəxslər şəxsi maşınları ilə də Bakıya buraxılmayacaqlar. Çünki bütün növ nəqliyyat vasitələrinin hərəkəti rayonlararası dayandırılır”.
K.Əliyev bildirib ki, rayonların çıxışında postların qurulmasından sonra əvvəldən Ələt qəsəbəsi, Şamaxı yolu və Quba yolu üzərində qurulan postlara təsadüfi maşınlar gəlib çıxır: “Artıq bu postların iş yükü azalıb, həmin postlardan maşınların geri qaytarılması halları müşahidə olunmur. Çünki bu postlara rayon postlarından buraxılan istisna hal təşkil edən avtomobillər gəlib çıxır”.
Qafqazinfo
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO












