Bakıda REYD: "avtoş"luq edənlər saxlanıldı - Biri qadındır - VİDEO

Gecə saatlarında Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakı şəhərində qayda pozan sürücülərlə qarşı reyd keçirilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, şəhərin sükutunu pozan “VAZ 2107” markalı avtomobilin sürücüsü polislərin “saxla” əmrinə tabe olmayıb. Qayda pozan sürücü Yasamal rayonu ərazisində işıqvurma cihazlarının nasazlığı ilə əlaqədar Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib.
Sürücü əmrə məhəl qoymayaraq, nəqliyyat vasitəsini Həsən bəy Zərdabi küçəsində yüksək sürətlə idarə etməyə başlayıb. Bu azmış kimi, dırnaqarası qəhrəman avtomaşını ilə əks istiqamətli yolda hərəkət edib. Sonda nəqliyyat vasitəsi Tbilisi prospektində Yol patrul Xidmətinin əməkdaşları tərəfindən yaradılan süni tıxac vasitəsilə saxlanılıb. Sürücü Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə təhvil verilib. Məlum olub ki, avtoxuliqanlıq əməlini törədən şəxs Həsənov Şahin Fazil oğludur.
O, bir müddət əvvəl sürücülük hüququndan məhrumda edilib. Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü isə inzibati xətalar məcləsinin 511-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.
Digər bir qayda pozuntusu isə Səbail rayonunda qeydə alınıb. Belə ki, zərif cinsin nümayəndəsi idarəetməsində olan “Hyundai” markalı avtomobillə Neftçilər prospektində manevr qaydalarını klobud şəkildə pozub. Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə “saxla” əmri verib. Xanım sürücü əmrə məhəl qoymayıb. Sonda Post Patrul Xidmətinin əməkdaşları ilə birgə yol polisi xanımın idarə etdiyi avtomboili saxlaya bilib.
Sürücü heç bir sənədə təqdim etməyib. O, inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə tədbirləri davam etdiriləcək.
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib










