Bakıda sürücülərə tələ quran polislərin kimliyi bilindi - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə DYP əməkdaşlarının sürücülərə tələ qurması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Avtosfer.az-ın məlumatına görə BDYPİ-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda görüntülərlə bağlı araşdırma davam etdirilir:
“Biz müəyyən etmişik ki, həmin polis əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşlarıdır. “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairə onların xidmət etdiyi ərazinin sərhəd hissəsidir.
Həmin dairənin ətrafında bəzi hallarda avtomobillər yığılır, nəqliyyat vasitəsinin rahat keçməsinə mane olduqları üçün polis əməkdaşları ərazidə xidmət aparırlar”.
K.Əliyev qeyd edib ki, qurum birtərəfli qaydada araşdırma aparmır:
“Həmin ərazidə polis əməkdaşları avtomobilin sürücüsünü də saxlayıb. Biz də onu idarəyə dəvət etmişik ki, onun izahatı ilə bizim əməkdaşların izahatı uyğun gəlirmi?
Araşdırmanın nəticəsi barədə geniş məlumat verəcəyik”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












