Bakıda uşaqlar yol polisini sual “atəşinə tutdular” - FOTOLAR

Daxili İşlər və Təhsil nazirliklərinin təşəbbüsü ilə məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı aparılan maarifləndirmə işləri davam edir. Dekabrın 17-də 6 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydalarını öyrətmək, uşaqlarla bağlı yol nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə Bakı şəhər DYP İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə fəaliyyət planına əsasən növbəti tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, məktəbin direktoru Gülşən Orucova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, müəllimlər, 250 şagird iştirak edib.
Yol nişnları, piyada keçidləri, təhlükəsizlik kəməri ilə bağlı biliklər İnteraktiv üsullarla uşaqlara öyrədilib. Mövzu ilə bağlı nümayiş olunan videosüjetlər uşaqlara izah edilib, hadisələr haqqında uşaqlarla müzakirələr aparılıb. DYP əməkdaşına yol hərəkəti ilə bağlı suallar verilib.
Fəal uşaqlara yol hərəkəti ilə bağlı kitabçalar, bukletlər, qaranlıqda işıq əksetdirici nişanlar paylanıb.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ





















