Bakının girişindəki postlarda son vəziyyət - VİDEOREPORTAJ

Nazirlər Kabineti yanında Operativ qərargahın qəbul etdiyi qərara əsasən Baş Dövlət Yol Polisi İdarəsi Bakı, Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna digər bölgələrdə qeydiyyatda olan vətəndaşların və avtomobillərin daxil olmasına məhdudiyyətlər qoyub. Bununla bağlı 3 ərazisində yeni stasionar postlar qurulub. Həmin postlarda avtomobillər, o cümlədən vətəndaşlar bir-bir yoxlanılır, müvafiq sənədlər qaydasında olduqda paytaxt istiqamətində girişə icazə verilir. Yük maşınlarına isə hər hansı məhdudiyyət tətbiq olunmur. Bakıdan bütün bölgələrə isə çıxış sərbəstdir.
Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov və Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı hər 3 postda müşahidələr aparıb və vətəndaşlar arasında maarifləndirmə işləri görüblər. Polkovnik Vaqif Əsədov bildirib ki, polis gücləndirilmiş iş rejimində çalışır və məlum qərarın icrası ilə əlaqədar nəzarəti gücləndirib. "Lakin təəssüflər olsun ki, bəzi vətəndaşlar yenə də postlardan hansısa formada keçəcəklərinə ümid edərək yola çıxırlar. Bu isə postlarda əlavə sıxlığın yaranmasına səbəb olur. Dövlət Yol Polisi bir daha vətəndaşları qoyulan qərarlara əməl etməyə çağırır."
Vaqif Əsədov bildirib ki, bəzi hallarda yük maşınlarında sənədləri qaydasında olmayan sərnişinlər daşınır. " Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, taksi sürücüləri vətəndaşları aldadaraq onların inamından sui-istifadə edir, onları paytaxt istiqamətinə gətirəcəklərinə söz verirlər. Lakin postlarda onların girişinə icazə verilmir. Nəticədə insanlar məsuliyyətsiz sürücülərin ucbatından yollarda qalırlar. Vətəndaşları bu cür vəd verənlərə inanmamağa və qanunun tələblərinə riayət etməyə çağırır."
Qeyd edək ki, paytaxt ərazisinə girişə mart ayının 29-dək müvəqqəti olaraq məhdudiyyət tətbiq edilir.
Orxan Əli
Elməddin Muradlı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
































