DYP Astarada reyd keçirdi: 20 sürcü cərimələnib - FOTO

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisindəki yollarda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reyd keçirib. Avtosfer.az-ın məlumatına görə, reydin keçirilməsində əsas məqsəd yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, kobud qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq olub. Reyd zamanı 20-yə yaxın sürücü barəsində inzibati tədbirlər görülüb ki, onların arasında sərxoş sürücülər də olub. Bununla yanaşı reyd zamanı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlərə, ötmə və manevr qaydalarını pozan, əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağına çıxan sürücülər də aşkarlanıb və həmin qayda pozuntularına yol verən sürücülər barəsində inzibati protokol tərtib edilib. Yollarda sürücülərin və sərnişinlərin təhülkəsizliyinin təmini məqsədini daşıyan bu cür reydlər bundan sonra da davam etdiriləcək.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














