DYP-dən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ - Arayış alın - VİDEO

Sosial izolyasiya tədbirləri çərçivəsində şəhərə girişlə bağlı qadağanı pozan şəxsə cinayət işi də başlana bilər. Avtosfer.az-ın məlumatına görə bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, müvəqqəti postlardan bu günə qədər 2500-dən çox rayon qeydiyyatlı şəxs geri qaytarılıb.
Qadağa tətbiq edildiyi gündən, bu günə qədər 2500-dən çox nəqliyyat vasitəsi geri qaytarılıb.Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, yaradılan hər üç postda polis əməkdaşları 24 saat növbəli şəkildə xidmət aparırlar.
Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində zəruri ərzaq daşıyan yük avtomobili və operativ nəqliyyat vasitələrindən başqa bütün avtomobilləri saxladıb, bir-bir bütün sərnişinlərini belə yoxlayırlar.
Qeyd edək ki, qaydalara əsasən məcburi köçkün və qaçqınlara müəyyən güzəştlər tətbiq olunur. Həmin şəxslər yaşadıqları Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan aldıqları arayışa əsasən yol polisi onların şəhərə girişinə icazə verir.
Bəzi sərnişinlər isə postlardan buraxılmadıqda onlar torpaq yollarla şəhərə girməyə cəhd edirlər. Belə faktlar polis tərəfindən aşkar edildikdə həmin şəxslər məsuliyyətə cəlb edilirlər.
Qadağaya məhəl qoymadan şəhərə girən şəxs hər hansı bir adamın koronavirusa yoluxmasına səbəb olarsa onda həmin şəxs barəsində cinayət işi başlanır və 3 il müddətdə azadlıqdan məhrum olur.
Gültən
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












