DYP şagirdlər üçün maarifləndirici tədbir keçirib - VİDEO

Tərtər rayon Rövşən Səfərov adına Sarıcalı kənd orta məktəbində Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 13-cu tağımının təşkilatçılığı ilə “Yol hərəkəti qaydaları” mövzusunda tədbir keçirilib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə təhlükəsiz davranış qaydalarını öyrətmək, eləcə də yol hərəkəti qaydaları barədə ətraflı məlumat vermək olub. Tədbirdə Yol Patrul Xidmətinin əməkdaşları, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 13-cu tağımın komandiri Rövşən Albəndov şagirdlərə “Yol hərəkəti haqqında” qanunun tələbləri, nizam-intizam qaydalarına dair məlumatlar verib.
O, şagirdlərə yol hərəkətinə dair biliklərin öyrədilməsinin vacib olduğunu, şagirdlərin maariflənməsi, onların həyatlarının qorunması, yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasının mühüm olduğunu qeyd edib.
Tədbirdə şagirdlərin ifasında yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər nümayiş olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












