DYP sürücülərə tövsiyə edir: "Evdən bayıra çıxmasınlar"

"Paytaxtda koronavirus infeksiyasının qarşısının alınması və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçiriləməsi üçün yol polisi nəqliyyat vasitələri sahibləri ilə profilaktik tədbirlər həyata keçirir".
Avtosfer.az xəbər verir ki, bunu "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, profilaktik tədbirlərin keçirilməsində əsas məqsəd, koronavirus infeksiyası ilə bağlı sürücüləri məlumatlandırmaqdır:
"Zərurət yaranmadıqda sürücülərə şəxsi nəqliyyat vasitələrindən az istifadə olunması tövsiyə olunur. Tədbirlərin geniş miqyasda həyata keçirilməsi üçün yol polisi səfərbər olunub ki, onlar sürücülər arasında marifləndirmə işləri aparsınlar. Pandemiya əleyhinə məhdudlaşdırma tədbirləri nəzərə alınmaqla hər bir nəqliyyat vasitəsinin sürücüsü məcbur qalmadıqda evdən bayıra çıxmasınlar. Onlar "Evdə qal" kampaniyasına əməl etsinlər və həmrəylik nümayiş etdirsinlər".
Gültən
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












