Ehsan Zahidov: "Xüsusi karantin rejimində bəzi sahələrdə çalışanların Bakıya girişi tənzimlənəcək"

"Bakı qeydiyyatında olan vətəndaşlarımızın xüsusi karantin rejimi başa çatana qədər paytaxtdan çıxışına icazə verilməyəcək. Rayon qeydiyyatında olan vətəndaşların isə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişinə icazə verilməyəcək".
Avtosfer.az xəbər verir ki,bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.
O, rayon qeydiyyatında olub Bakıda işləyənlər və hazırda rayonda olanların paytaxta geri dönməsi ilə bağlı vəziyyəti də şərh edib: "Yəqin ki, rayon qeydiyyatında olub, Bakıda elə bir sahədə, strateji obyektdə işləyənlər var ki, onların şəhərə girişi tənzimlənəcək. Amma strateji əhəmiyyətli işlərdə çalışmayan şəxslər xüsusi karantin rejimi başa çatanadək gözləməli olacaqlar. Bütün bu addımların məqsədi vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunmasıdır".
Mətbuat xidmətinin rəisi bildirib ki, bəzi sahələrdə işləyən şəxslərin Bakıya buraxılıb-buraxılmayacağı şəhərə girişdə qurulan postlarda müəyyən ediləcək: "Bu səbəbdən hər bir vətəndaşın üzərində şəxsiyyətini təsdiq edən və harada işləməsini müəyyən edən sənədləri olmalıdır".
Gültən
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












